Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin Brüsseldə Gürcüstan-Aİ Assosiasiya Şurasının iclasından əvvəl təkbətək görüşdə müzakirə etdiyi əsas məsələlər :Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı qəbul edilmiş perspektiv və statusun verilməsi üçün atılacaq effektiv addımların müzakirəsi olub.
Baş nazir ölkənin iyunda əldə etdiyi Avropa perspektivinin Gürcüstan üçün güclü motivasiya və eyni zamanda böyük məsuliyyət olduğunu bildirib.
İrakli Ğaribaşvili Gürcüstanda hazırda mövcud siyasi qütbləşmənin ölkə üçün ciddi çağırış olduğunu və bu məsələnin həllə ehtiyac duyduğunu bildirib. Məhz bu səbəbdən hökumət mövcud siyasi mühiti yaxşılaşdırmaq üçün səylərini əsirgəmir. Lakin, baş nazir müxalifət partiyaları tərəfindən də prosesdə oxşar iştirakın labüd olduğunu qeyd edib. Gürcüstanın Avropa Şurasının qərarına dərhal reaksiya verdiyi və Aİ-nin 12 prioritetinin yerinə yetirilməsi üçün fəaliyyət planı təqdim etdiyi vurğulanıb. Baş nazir prioritetlər əsasında işçi qruplarının yaradıldığını və qruplara bütün müvafiq tərəflərin qoşulduğunu vurğulayıb.
Avropa İttifaqının güclü dəstəyi və köməyi olmadan iddialı islahatlar gündəliyinin həyata keçirilməsi prosesində uğur qazana bilməyəcəyimiz vurğulanıb. Baş nazir Gürcüstanın Aİ-nin genişlənmə siyasətinin bir hissəsinə çevrilməsindən irəli gələrək, Avropa İttifaqına daxil olma prosesində olan ölkələr üçün mövcud maliyyə vasitələrinin Gürcüstana da şamil olunacağına ümidvar olduğunu bildirib ki, bu da Gürcüstanın Avropa İttifaqına daxil olması üçün daha geniş imkanlar yaradacaq.
Tərəflər həmçinin regiondakı təhlükəsizlik mühitini və Gürcüstanın işğal olunmuş ərazilərində yaranmış vəziyyəti müzakirə ediblər. Baş nazir Rusiyanın Gürcüstan, Ukrayna və Moldovaya qarşı eyni siyasəti yürütməsinin hamıya aydın olduğunu bildirib. Baş nazir Avropa İttifaqının Gürcüstana xüsusilə də indi, Gürcüstanın işğal olunmuş bölgələrinə münasibətdə tanınmama siyasətinin risklərinin heç vaxt olmadığı qədər yüksək olduğu bir zamanda dəstəyini davam etdirəcəyinə ümidvar olduğunu dilə gətirib və bu istiqamətdə avropalı tərəfdaşların dəstəyi çox vacibdir.
Baş nazir Avropa İttifaqının Gürcüstana yeni səfirinin Pavel Herçinskinin təyin olunmasını alqışlayıb və onunla sıx və məhsuldar əməkdaşlığa hazır olduğunu bildirib.