İrakli Ğaribaşvili - Brüsseldə Assosiasiya Şurasının 7-ci sessiyası keçiriləcək, mənim rəhbərlik etdiyim nümayəndə heyətinə iqtisadiyyat və xarici işlər nazirləri daxil olacaq
Assosiasiya Şurasının 7-ci sessiyası Brüsseldə keçiriləcək, mənim rəhbərlik etdiyim nümayəndə heyətinə iqtisadiyyat və davamlı inkişaf və xarici işlər nazirləri daxil olacaq-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Baş nazir avropalı tərəfdaşlar ilə hökumətin hazırda üzərində işlədiyi bütün irəliləyişlər və islahatlar barədə danışacaqlarını bildirib.
“Bu gün biz Brüsselə yola düşəcəyik. Bildiyiniz üzrə, Brüsseldə Assosiasiya Şurasının 7-ci sessiyası keçiriləcək. Nümayəndə heyətinə şəxsən mən rəhbərlik edəcəyəm, nazirlər- iqtisadiyyat və xarici işlər naziri də orada olacaqlar, biz indi üzərində işlədiyimiz bütün irəliləyiş və islahatlar barədə sözsüz ki, danışacağıq. Həmçinin, təbii ki, Gürcüstan parlamentində hakim partiyamızın fəal şəkildə üzərində işlədiyi 12 tövsiyədən danışacağıq, həm də ölkədəki mövcud vəziyyətə, istər siyasi, istərsə də iqtisadi, ümumiyyətlə, Ukraynadakı müharibə ilə bağlı regiondakı problemlər və onun bütün regiona və Avropaya mümkün təsirlərini müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, əlbəttə ki, əldə etdiyimiz irəliləyişləri avropalı tərəfdaşlarımıza ətraflı şəkildə təqdim edəcəyik” – deyə baş nazir qeyd edib.