İrakli Ğaribaşvili Bratislava Sarayında qala-ziyafət və mükafatlandırma mərasimində iştirak etdi 
İrakli Ğaribaşvili Bratislava Sarayında qala-ziyafət və mükafatlandırma mərasimində iştirak etdi 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili nümayəndə heyətinin üzvləri ilə birlikdə, Qlobal Təhlükəsizlik Forumunun (GLOBSEC) qala-ziyafətində və mükafatlandırma mərasimində iştirak etdi.

Forumda iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin və nümayəndə heyətlərinin dəvət olunduğu tədbir Bratislava Sarayında keçirildi.

Ənənəvi mükafatlandırma mərasimində Ukrayna xalqına Çexiya və Slovakiyanın Transatlantik Mükafatı təqdim olundu. İki ildən bir təqdim edilən və Mərkəzi Avropada azadlıq və demokratiyaya mühüm töhfələr vermiş şəxslər üçün nəzərdə tutulan mükafatı Ukrayna nümayəndə heyətinin nümayəndələrinə Slovakiya Respublikasının baş naziri Eduard Heqer verdi.

Mükafat bu gün həmçinin Çexiya Respublikasının Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi üzrə Milli İdarəsinin direktoru, briqada generalı Karel Jehkaya təqdim edildi.

“GLOBSEC 2022” 67 ölkədən nümayəndələrə, o cümlədən 10 prezident və baş nazirə ev sahibliyi edir və forum nümayəndələri arasında müxtəlif ölkələrin Xarici İşlər və Müdafiə nazirləri də var.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.

https://www.facebook.com/watch/?v=420146313316740