İrakli Ğaribaşvili - "Borjomi"nin səhmdarları ilə danışıqları uğurla başa çatdırdıq və dövlətimiz milli sərvətimiz olan "Borjomi" zavodunun ortaq mülkiyyətçisi olacaq
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, “Borjomi”nin səhmdarları ilə danışıqları uğurla başa çatdırıblar. Onun sözlərinə görə, dövlət “Borjomi” zavodunun ortaq mülkiyyətçisi olacaq.
Baş nazirin hökumətin bugünkü iclasında da qeyd etdiyi kimi, “Borjomi” şirkətinin işçilərlə idarəçilik, fəaliyyətdə yaranmış bütün problemləri aradan qaldırılacaq.
“Bildiyiniz kimi, bir neçə həftə əvvəl ictimaiyyətə demişdim, söz vermişdim ki, bir neçə həftəyə xoş məlumatlar verəcəyəm. Nəzərinizə çatdırım ki, bu gün biz “Borjomi”nin səhmdarları ilə danışıqları uğurla başa çatdırmışıq və dövlətimiz, Gürcüstan hökuməti “Borjomi” zavodunun sahibi olan qrupun səhmdarı olacaq və bu təmənnasız sövdələşmədir. Səhmlər bizə təmənnasız veriləcək və bundan sonra dövlətimiz milli sərvətimiz, iftixarımız olan “Borjomi” zavodunun ortaq mülkiyyətçisinə çevriləcək. “Borjomi”nin işçilərin idarəedilməsində, fəaliyyət sahəsində yaşadığı bütün problemlər aradan qaldırılacaq. Biz bu məsələni beynəlxalq tərəfdaşlarımızla razılaşdırdıq, Böyük Britaniyada konsultasiyalarımız oldu. Xüsusilə vurğulamaq istərdim ki, bu sövdələşmə beynəlxalq hüquq normalarına tam uyğun olaraq bağlanıb.
Bu sövdələşmənin uğurla başa çatdırılması üçün çox fəal işləyən İqtisadiyyat və Ədliyyə Nazirliyinə təşəkkür etmək istərdim. Belə ki, “Borjomi”nin hər bir əməkdaşını təbrik edirəm. Bilirəm ki, yerli şirkətin haqsızlıq etdiyini düşünən onlarla işçi var. 50 işçi işdən çıxarılıb. Bu barədə sizə ötən həftə də dedim ki, Zurab Azaraşviliyə göstəriş vermişəm və Zura fəal şəkildə iştirak edir, dövlət bizim müəssisənin ortaq mülkiyyətçisi olandan sonra təbii ki, biz daha fəal olacağıq, işə müdaxilə edəcəyik və bütün problemləri həll edəcəyik. Mən bütün həmvətənlərimizə müraciət etmək istəyirəm, bir nəfər belə olsun həqiqətdən kənar qalmayacaq, heç bir vətəndaşımız , milli sərvətimiz olan “Borjomi”nin heç bir əməkdaşı zülmə məruz qalmayacaq. Bilirəm ki, bəzi suallar var idi, bütün suallara cavab verilməlidir. Cənab Zurab və cənab Levan, siz də bu prosesdə iştirak etməli olacaqsınız və yaxşı olar ki, bu məsələni mümkün qədər tez sona aparasınız ki, insanlarda kiminsə haqsız yerə zülmə məruz qalması təəssüratı yaranmasın və bütün ədalətli tələblər yerinə yetirilməlidir. Heç bir səs-küy olmamalıdır və heç kimdə kiməsə zülm edildiyi təəssüratı yaranmamalıdır” deyə baş nazir bildirib.