İrakli Ğaribaşvili - "Borjomi"nin səhmdarı, ortaq sahibi dövlət olacaq və bununla da problem həll olunacaq, heç bir vətəndaş sıxışdırılmayacaq, hamıya ədalətli davranacağıq
İrakli Ğaribaşvili - "Borjomi"nin səhmdarı, ortaq sahibi dövlət olacaq və bununla da problem həll olunacaq, heç bir vətəndaş sıxışdırılmayacaq, hamıya ədalətli davranacağıq

 

“Borjomi” ilə bağlı bir neçə söz demək istərdim, İqtisadiyyat Nazirliyi praktiki olaraq danışıqları başa çatdırıb, bir həftəsində məsələni hökumət iclasına çıxaracağıq və “Borjomi”nin səhmdarı, ortaq sahibi dövlət olacaq və bununla da problem həll olunacaq-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib.

Baş nazirin sözlərinə görə, bəzi çətinliklər, o cümlədən işçilərin etirazı var.

“Bu səhər cənab Zurab Azaraşvili ilə söhbətim oldu. Onun göstərişi ilə artıq Əmək Müfəttişliyi məsələyə cəlb olunub. Hər kəsə demək istəyirəm ki, vətəndaşlarımızdan heç biri sıxışdırılmayacaq və biz hamıya ədalətli davranacağıq, hər şey gərəkdiyi kimi həll olunacaq” – deyə baş nazir qeyd edib.