İrakli Ğaribaşvili Boris Consonla görüşüb
İrakli Ğaribaşvili Boris Consonla görüşüb

 

Gürcüstan və Birləşmiş Krallıq arasında mövcud strateji tərəfdaşlıq və iki ölkə arasında sıx dostluq münasibətləri Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Birləşmiş Krallığın baş naziri Boris Conson arasında görüşün əsas müzakirə mövzusu olub.

İrakli Ğaribaşvili Boris Consonla Madridə səfəri çərçivəsində görüşüb.

Baş nazir İrakli Ğaribaşvili Birləşmiş Krallığın baş nazirinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avro-Atlantik inteqrasiyasına göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib, demokratikləşmə və islahatların izində tərəfdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığa diqqət yönəldilib, strateji dialoq formatı və bir sıra sahələrdə əməkdaşlığın iki ölkə arasında mövcud əlaqələri yeni səviyyəyə qaldırdığı bildirilib.

İrakli Ğaribaşvili Boris Consonu onun üçün münasib vaxtda Gürcüstana səfərə dəvət edib.