İrakli Ğaribaşvili bölgələrdə partiya aktivi ilə görüşlərə başlayır
İrakli Ğaribaşvili bölgələrdə partiya aktivi ilə görüşlərə başlayır

 
“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili bölgələrdə partiya aktivi ilə görüşlərə başlayır.

“Gürcü Arzusu”nun mətbuat xidmətindən verilən məlumat üzrə, ilk görüş martın 2-də, saat 13:00-da, Batuminin Dram Teatrında keçiriləcək.

“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili, partiyanın icraçı katibi Mamuka Mdinaradze, regional katib Dimitri Samxaradze, Acara regional təşkilatının rəhbəri, Acara Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze və Acara Ali Şurasının sədri Davit Qabaidze Batumi, Kobuleti, Xulo, Şuaxevi, Keda və Xelvaçauri munisipalitetlərinin partiya təşkilatlarının rəhbərləri və partiya aktivi ilə görüşəcəklər.

“Gürcü Arzusu”nun sədri 100 gün ərzində 10 bölgədə partiya aktivi ilə görüşəcək.