İrakli Ğaribaşvili Bolqarıstan səfiri ilə görüşdü
İrakli Ğaribaşvili Bolqarıstan səfiri ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Gürcüstanda diplomatik missiyasını başa çatdıran Bolqarıstanın Gürcüstandakı səfiri, Desislava İvanova ilə görüşdü.

Hökuməöt administrasiyası mətbuat xidmətinin məlumatına görə, görüşdə bir sira istiqamət üzrə iki ölkənin məhsuldar əməkdaşlığı xüsusilə qeyd olundu. Xüsusi diqqət Qara Dəniz potensialından istifadə əhəmiyyətinə yetirildi, xüsusilə də pandemiyadan sonrakı dövrdə və bu prosesdə bölgə əməkdaşlığı vacibliyinə. Həmçinin görüşdə, Gürcüstan yardım edən COVID-19 pandemiyası dövründə Bolqarıstanın dəstəyi xüsusilə qeyd olundu.

Diplomat baş nazirə Bolqarıstanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də Avropa və Avroatlantik strukturlarına inteqrasiyaya qarşı dəstəuini bir daha ifadə etdi.

İrakli Ğaribaşvili səfirə Gürcüstan və Bolqarıstan arasında mövcud partnyorluğun inkişafına imkanların yaradılmasına görə minnətdarlığını bildirdi və gələcək fəaliyyətində uğurlar arzuladı.