İrakli Ğaribaşvili BMT-nin İnkişaf Proqramının bölgə direktoru ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) bölgə direktoru, Miriana Spoliariç Eger ilə görüşdü.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə BMT-nin İnkişaf Proqramı çərçivəsində həyata keçirilən layihələr və gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.
Qeyd olundu ki, gürcü tərəfi BMT-nin İnkişaf Proqramının Gürcüstanda demokratik proseslərin və iqtisadi inkişafın gücləndirilməsinə verdiyi töhfəni, həmçinin COVID-19 pandemiyası prosesində və ətraf mühit sahəsində UNDP-in dəstəyini yüksək qiymətləndirir.
BMT-nin İnkişaf Proqramının Gürcüstanda insan hüquqlarının müdafiəsinə verdiyi töhfə qeyd olundu. Bu baxımından BMT-nin İnkişaf Proqramının 2022-2030-cu illər üçün İnsan Hüquqları üzrə yeni Milli Strategiyanın hazırlanmasına verdiyi töhfə xüsusilə qeyd edildi.
Əsas diqqət dövlət idarəçiliyi islahatları baxımından UNDP yardımına yönəldildi. Bu istiqamətdə əməkdaşlığın illərdir uğurla davam etdiyi və gələcəkdə də davam etdiriləcəyi vurğulandı. Görüşdə işğal olunmuş ərazilərdəki vəziyyət müzakirə olundu.
Qeyd olundu ki, Gürcüstan BMT-nin Rusiya-Gürcüstan münaqişəsi nəticəsində zərər çəkmiş ailələrə, işğal olunmuş rayonlarda həyata keçirilən humanitar layihələr vasitəsilə dəstəyini yüksək qiymətləndirir. Söhbət Ukraynada davam edən hərbi əməliyyatlardan aid oldu.
Baş nazir bir daha qeyd edib ki, Gürcüstan Ukraynaya həmrəyliyini ifadə edir, ölkəyə humanitar yardım göstərir və onu bütün beynəlxalq formatlarda da daxil olmaqla, siyasi cəhətdən dəstəkləyir. Baş nazir müharibənin tezliklə başa çatmasında beynəlxalq ictimaiyyətin həlledici rolunu vurğuladı. Hökumət administrasiyasında keçirilən görüşdə BMT İnkişaf Proqramının Gürcüstandakı daimi nümayəndəsi, Nik Beresford və hökumət administrasiyası rəhbərinin müavini, Revaz Cavelidze iştirak edidilər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.