İrakli Ğaribaşvili BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransının dünya liderlərinin sammitində iştirak edəcək
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransının dünya liderlərinin sammitində iştirak edəcək, hansı da Misir Ərəb Respublikasında, Şarm Əl-Şeyxdə keçiriləcək.
Məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayır.
Elə onların məlumatına görə, hökumət başçısı Xarici İşlər naziri, İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri, Revaz Cavelidzenin də daxil olduğu nümayəndə heyəti ilə birlikdə Misir Ərəb Respublikasındadır.
Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, baş nazir sammitdə iştirak edən dünya liderləri qarşısında çıxış edəcək və diqqəti iqlim dəyişikliyinin yaratdığı çətinliklərin qarşısının alınması yollarına yönəldəcək.