Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Bloomberg”in qlobal direktoru Tod Bayerlə görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan hökuməti ilə “Bloomberg” arasında səmərəli əməkdaşlığa toxunulub. Baş nazir və “Bloomberg”in qlobal direktoru birgə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıblar və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Tod Bayer İrakli Ğaribaşviliyə birgə həyata keçirilən kampaniyanın- A Pleasure Doing Business-in yekunlaşdırıcı təqdimatını təqdim edib.
Kampaniya çərçivəsində Gürcüstan haqqında reklam hazırlanıb, həmçinin milyonlarla insanın Gürcüstandakı əlverişli investisiya və biznes mühiti haqqında məlumat əldə etdiyi marketinq kampaniyası da planlaşdırılıb. “Bloomberg”in Gürcüstan hökuməti ilə əməkdaşlıq mandatı çərçivəsində, beynəlxalq media kampaniyaları vasitəsilə Gürcüstanın regional mərkəz kimi mövqelənməsini təşviq etdiyi qeyd olunub.
Kampaniya boyunca “Bloomberg” həm Hökumət Administrasiyası, həm də “Gürcüstanda İstehsal Et” agentliyi və Milli Turizm Administrasiyası ilə aktiv əməkdaşlıq edib.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.