İrakli Ğaribaşvili - biznesə köklənmiş mühit və innovativ yanaşmalar vasitəsilə regionda texnoloji və rəqəmsal aktivlər mərkəzinə çevrilməyi hədəfləyirik
İrakli Ğaribaşvili - biznesə köklənmiş mühit və innovativ yanaşmalar vasitəsilə regionda texnoloji və rəqəmsal aktivlər mərkəzinə çevrilməyi hədəfləyirik

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində “Ripple”-ın baş direktoru ilə görüşünə münasibət bildirir.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan dünyada blokçeyn texnologiyasını ictimai sektorda tətbiq edən ilk ölkədir.

Baş nazir biznesə köklənmiş mühit və innovativ yanaşmalar vasitəsilə
hökumətin Gürcüstanı regionda texnoloji və rəqəmsal aktivlər mərkəzinə çevirməyi hədəflədiyini qeyd edir.

“Ripple”-ın baş direktoru Bred Qarlinqhaus ilə çox yaxşı söhbətim baş tutdu, blokçeynin gələcək perspektivləri və tənzimlənməsi ilə bağlı Gürcüstanın yanaşmasını ona təqdim etdim. Biznesə köklənmiş mühit və innovativ yanaşmalar vasitəsilə regionda texnoloji və rəqəmsal aktivlər mərkəzinə çevrilməyi hədəfləyirik. Gürcüstanın unikal təcrübəsindən danışdıq, çünki biz dünyada blokçeyn texnologiyasını ictimai sektorda tətbiq edən ilk ölkəyik” –deyə baş nazir yazır.