Gürcüstan Biznes Assosiasiyası baş nazir İrakli Ğaribaşvili ilə görüşür.
Görüşdə vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, maliyyə naziri Laşa Xutsişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya iştirak edirlər.
Görüşün gündəliyinə əsasən, ölkənin iqtisadi vəziyyətinə, biznes mühitə, investisiya mühiti və mövcud problemlərə toxunulacaq.
Gürcüstan Biznes Assosiasiyası tərəfindən verilən məlumatda, görüş çərçivəsində assosiasiya prezidentinin biznes sektorundakı müsbət dinamikanı, eləcə də biznesin inkişafına mane olan amilləri açıq şəkildə əks etdirən BAG indeksinin üçüncü rübünün nəticələrini təqdim etməyi planlaşdırdığı deyilir. Görüş dialoq rejimində keçiriləcək və üzv şirkətlərin nümayəndələri onlar üçün aktual və vacib suallar ünvanlamaq imkanı əldə edəcəklər.