İrakli Ğaribaşvili Biznes Assosiasiya və Gürcüstanda fəaliyyət göstərən bankların rəhbərləri ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iqtisadi komandasının üzvləri və Milli Bankın prezidenti ilə birlikdə Gürcüstanda fəaliyyət göstərən bankların rəhbərləri, Biznes Assosiasiya və Banklar Assosiasiyasının prezidentləri ilə görüşüb.
Hökumət başçısı Milli Bankın prezidenti Koba Qvenetadzedən iqtisadi vəziyyətin icmalı və Milli Bankın larinin məzənnəsi ilə bağlı proqnozlarını dinləyib.
İrakli Ğaribaşvili ölkədəki mövcud müsbət iqtisadi tendensiyaların olduğunu vurğulayaraq, qeyd edib ki, yanvarda 18% iqtisadi artım qeydə alınıb ki, bu da regionda görünməmiş göstəricidir; Bununla yanaşı, ixrac xeyli artıb və turizmin canlanması istiqamətində müsbət dinamika var. Baş nazirin sözlərinə görə, mühüm olan bu tempin yavaşlamaması , daha da artmasıdır və bu prosesdə biznesin xüsusi rolu var.
Baş nazir Gürcüstan hökuməti adından biznesə tam dəstəyini bir daha təsdiqləyib və onları ölkədə iqtisadi artımın təşviqinə və yeni iş yerlərinin yaradılmasına yönəlmiş dövlət tərəfindən elan edilmiş layihə və proqramların həyata keçirilməsində fəal iştirak etməyə çağırıb.
Görüşdə, Gürcüstanın vitse-baş naziri , İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, Maliyyə naziri Laşa Xutişvili, Hökumət Administrasiyasının rəhbəri İliya Darçiaşvili, Milli Bankın vitse-prezidentləri Arçil Mestvirişvili və Papuna Lejava, Gürcüstan Biznes Assosiasiyasının prezidenti Soso Pxakadze, Biznes Assosiasiyanın icraçı direktoru Levan Vepxvadze, Banklar Assosiasiyasının prezidenti Aleksandre Dzneladze, “Gürcüstan Bankı”, “TBC Bank” və “Liberty Bank”-ın rəhbər şəxsləri iştirak ediblər.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.