İrakli Ğaribaşvili - əzəli ərazilərimizin əsas hissəsi müvəqqəti olaraq işğal olunub, lakin biz müdrik, ardıcıl addımlarla ölkənin ərazi bütövlüyünü bərpa etməliyik
İrakli Ğaribaşvili - əzəli ərazilərimizin əsas hissəsi müvəqqəti olaraq işğal olunub, lakin biz müdrik, ardıcıl addımlarla ölkənin ərazi bütövlüyünü bərpa etməliyik

Bu gün bizim əzəli ərazilərimizin əsas hissəsi müvəqqəti olaraq işğal olunub, lakin biz müdrik, ardıcıl addımlarla ölkənin ərazi bütövlüyünü bərpa etməliyik, bu bizim əsas məqsədimizdir, – Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bunu Şindisidə deyib. O, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Şindisi yaxınlığında qəhrəmancasına həlak olan gürcü əsgərlərin xatirəsini yad etdi.

Ğaribaşvilinin sözlərinə görə, işğal ağır mirasdır.

“Bu gün əzəli ərazilərimizin əsas hissəsi, hər iki bölgə müvəqqəti olaraq işğal altındadır, lakin biz öz ağlımız, müdrikliyimizlə ardıcıl addımlarla bacarmalı, ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik. Bu, bizim məqsədimizdir. Bir daha qəhrəmanlarımıza şöhrət! və onların xatirəsi qarşısında baş əyirəm”, – deyə İrakli Ğaribaşvili bildirib.