İrakli Ğaribaşvili - bizim səfirimiz demək olar ki, son səfir idi ki, cəsarətlə sonuna qədər Kiyevdə qaldı, tərk etmədi
Səfirimiz demək olar ki, Kiyevdə qalan sonuncu səfir idi, tərk etmədi və sona qədər ölkəmizin mənafeyini mərdliklə müdafiə etdi, yerində bizim ukraynalılarımıza kömək edirdi. Onu belə dəyərləndirdilər və Ukraynalılar bizi belə dəyərləndirdilər, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Şovidə “Dağ günləri” çərçivəsində keçirilən təntənəli tədbirdə jurnalistin sualına cavab olaraq bəyan etdi.
“Yaxşı bilirsiniz ki, ən çətin günlərdə bütün Səfirliklər, o cümlədən Qərb ölkələri Ukraynanı tərk etdilər. Səfirimiz demək olar ki, Kiyevdə qalan sonuncu səfir idi, tərk etmədi və sona qədər ölkəmizin mənafeyini mərdliklə müdafiə etdi, yerində bizim ukraynalılarımıza kömək edirdi. Onu bax belə dəyərləndirdilər və Ukraynalılar bizi belə dəyərləndirdilər. Bu prosesdə bilavasitə iştirak edən və Rusiyanın tərəfini tutan bir çox ölkələrdə Ukraynanın hələ də səfirləri var, onları geri çağırmayıblar”, – baş nazir bəyan etdi.