İrakli Ğaribaşvili - Bizim ölkədə peyvənd məcburi deyil və olmayacaq, mən bu qərarı dəyişməyəcəyəm

Bizim ölkədə peyvənd məcburi deyil və olmayacaq, – deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib.

Onun sözlərinə görə, vətəndaşlara peyvəndin yaxşılığı izah edilməli və inandırılmalıdır.

“Biz peyvəndi məcbur etməmişik. Ölkəmizdə peyvənd məcburi deyil və olmayacaq. Bu, bizim qəti qərarımızdır və mən bu qərarı dəyişməyəcəyəm. Təbii ki, biz vətəndaşlara izah etməliyik ki, peyvənd pandemiyaya son qoymağın həlli yoludur. Peyvənd bizi ölümdən qoruyur, bu, vətəndaşlarımıza, ailə üzvlərimizə izah etməli olduğumuz ən mühüm arqumentdir”, – İrakli Ğaribaşvili bildirib.