İrakli Ğaribaşvili - bizim əsas çağırışımız işğala son qoymaqdır, sülh yoluyla, ağıllı, praqmatik siyasətlə ölkənin ərazilərini geri qaytarmalıyıq
Bizim əsas çağırışımız işğala son qoymaqdır, sülh yoluyla, düzgün, ağıllı, praqmatik siyasətlə ölkənin ərazilərini geri qaytarmalıyıq- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili 2008-ci ilin avqust müharibəsində həlak olan döyüşçülərin xatirəsini ehtiramla yad etdiyi Muxatqverdi Qardaşlar qəbiristanlığında bildirib.
O, sülhün alternativinin olmadığını bildirib.
“Bizim əsas çağırışımız işğala son qoymaqdır. Rusiyanın işğalçı, təcavüzkar olduğunu çoxdan bilirdik və bilirik, bütün dünya bilir. Sadəcə olaraq, bir daha qeyd etmək istəyirəm ki, biz düzgün, sülh siyasəti işləyib hazırlamışıq ki, bu siyasət ölkəmizin işğaldan azad edilməsinə və ölkənin son olaraq birləşməsinə aparmalıdır. Sülhün alternativi yoxdur. Biz sülh yoluyla, düzgün, ağıllı və praqmatik siyasətlə ölkəmizin ərazilərini geri qaytarmalıyıq. Mən buna dərindən inanıram, inanıram ki, biz bu böyük məqsədə hər gün daha da yaxınlaşırıq.
Bu böyük faciəyə görə bir daha hamınıza başsağlığı verirəm, qəhrəmanlarımızın xatirəsi parlaq olsun və qəhrəmanlarımızın qarşısında baş əyirəm”- deyə İrakli Ğaribaşvili bildirib.