İrakli Ğaribaşvili - Biz Ukraynanın yanındayıq, suveren dövlətə hərbi hücum qəbuledilməzdir
Biz Ukraynanın yanındayıq, suveren dövlətə hərbi hücum qəbuledilməzdir, – Bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili öz “tvitter” səhifəsində yazır.
Hökumət başçısı beynəlxalq ictimaiyyəti növbəti hərbi eskalasiyanın qarşısını almaq üçün bütün tədbirləri görməyə çağırır.
“Biz beynəlxalq ictimaiyyəti Rusiya tərəfindən beynəlxalq qaydanın aşkar şəkildə pozulmasının qarşısını almaq və hərbi eskalasiyanın daha da artmasının qarşısını almaq üçün bütün mümkün tədbirləri görməyə çağırırıq”,- İrakli Ğaribaşvili bəyan edir.