İrakli Ğaribaşvili - Biz Ukraynada davam edən müharibəni böyük narahatlıqla izləyirik və bu, qətiyyən qəbuledilməzdir
Təbii ki, biz Ukraynada gedən müharibəni böyük narahatlıqla izləyirik, mən bir daha ürək ağrımızı ifadə etmək istəyirəm, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib.
Onun sözlərinə görə, Ukraynada baş verənlər qətiyyən qəbuledilməzdir.
“Ukraynanın işğalı və hərbi əməliyyatlar, əlbəttə ki, qəbuledilməzdir və beynəlxalq hüququn prinsip və qaydalarına ziddir. Bununla bağlı ukraynalı həmkarlarımızla ünsiyyətimiz olub. Biz siyasi müstəvidə həmrəylik və dəstək ifadə etdik.
Bundan əlavə, sizə bildirmək istəyirəm ki, bu gün səhər mənim qərarımla 100 ton humanitar yük Polşaya gedib və Ukrayna tərəfinə çatdırılıb. Təbii ki, bu humanitar yük bizim ukraynalı bacı və qardaşlarımıza köməkdir. Gürcüstanda olan və Ukraynaya qayıda bilməyən Ukrayna vətəndaşlarına da Tbilisidə bütün xidmətlər pulsuz təqdim olunacaq”, – İrakli Ğaribaşvili bildirib.
Baş nazirin qeyd etdiyi kimi, Gürcüstan bütün səviyyələrdə Ukraynaya güclü dəstək və həmrəylik ifadə edib.
“Bütün beynəlxalq formatlarda, istər ATƏT-in ministerialı səviyyəsində, istərsə də BMT formatında, biz bütün səviyyələrdə Ukraynaya güclü dəstək və həmrəyliyimizi ifadə etmişik.
Həmçinin mənim tapşırığımla xarici işlər naziri ATƏT-in ministerialı səviyyəsində iclasında iştirak etdi, Gürcüstan Aİ sənədinə qoşuldu. Bununla da biz Ukraynaya dəstəyimizi bir daha açıq və birmənalı ifadə etdik və ukraynalı bacı-qardaşlarımızla həmrəy olduğumuzu göstərdik. Biz də Avropa Şurasının Rusiyanın hüquqlarını dayandırmaq qərarını dəstəklədik və təbii ki, ATƏT Daimi Şurasının genişləndirilmiş iclasında nazir Zalkaliani Gürcüstanın mövqeyi barədə çox aydın danışdı. Gürcüstan 80 digər dövlətlə birlikdə BMT Təhlükəsizlik Şurasının qətnaməsini də dəstəkləyib, – dedi Gürcüstanın baş naziri.