İrakli Ğaribaşvili – biz tərəfdaşlarımızla, avropalı və amerikalı dostlarımızla, şəffaflıq qanunu ilə bağlı hər hansı sualı olan hər kəslə işi davam etdirməliyik
Biz tərəfdaşlarımızla, avropalı və amerikalı dostlarımızla, şəffaflıq qanunu ilə bağlı hər hansı sualı olan hər kəslə işi davam etdirməliyik, – bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili Ambrolauridə jurnalistlərə müsahibəsində bildirib.
“Dünən biz Baş nazirin, xarici işlər nazirinin və hamının bəyanatını eşitdik. Ona görə də burada heç bir sualımızın olmadığını düşünürəm.Təbii ki, biz tərəfdaşlarımızla, avropalı və amerikalı dostlarımızla, hər hansı sualı olan hər kəslə işi davam etdirməliyik”, – deyə Ğaribaşvili bildirib.
Ğaribaşviliyə Almaniya kansleri Olaf Şoltsun şəffaflıq haqqında qanun layihəsi barədə açıqlaması ilə bağlı ünvanlanmış suala Ğaribaşvili qeyd edib:
“Bunu necə qiymətləndirməliyəm?! Hər kəsin öz fikri var, o cümlədən kanslerində. Hər kəsin fikrinə hörmətlə yanaşıram”, – deyə İrakli Ğaribaşvili bildirib.