İrakli Ğaribaşvili - biz təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin vaxtında aparılması üçün əlimizdən gələni edirik
Bilirsiniz ki, biz təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin vaxtında aparılması, o cümlədən təəssüf ki, həlak olan vətəndaşlarımızın axtarışları üçün əlimizdən gələni edirik – deyə baş nazir jurnalistlərə açıqlayıb.
Ğaribaşvili hadisə ilə bağlı bir daha məyusluğunu bildirib.
“Bu, böyük faciədir, dəhşətli faciədir, bu qədər insan həlak oldu, bu fəlakətin qurbanı oldu və təbii ki, mən bir daha bütün cəmiyyətimizin kədərini bölüşürəm” – deyə baş nazir bildirib.