İrakli Ğaribaşvili - biz ordumuzu daha da gücləndirə biləcəyik, dostlarımıza, partnyorlarımıza - ABŞ-a, NATO üzvü olan dövlətlərə, ordumuzun güclənməsinə dəstək verən hamıya təşəkkür edirəm
İrakli Ğaribaşvili - biz ordumuzu daha da gücləndirə biləcəyik, dostlarımıza, partnyorlarımıza - ABŞ-a, NATO üzvü olan dövlətlərə, ordumuzun güclənməsinə dəstək verən hamıya təşəkkür edirəm

Çağırışlarla dolu olan və mövcud olan tariximiz və bu günümüz bizdən ordumuzu daha da möhkəmləndirməyi, ordumuzun transformasiya prosesini daha da gücləndirməyi tələb edir, – Bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Vazianidəki IV piyada briqadasının bazasında Müdafiə Qüvvələri Gününə həsr olunmuş tədbirdə nitqlə çıxışı zamanı bəyan etdi.

Baş nazir beynəlxalq partnyorlara, ABŞ və NATO üzv dövlətlərinə Gürcüstan ordusunun gücləndirilməsində göstərdikləri dəstəyə görə təşəkkür etdi.

“Qarşımıza qoyulan uzunmüddətli plana əsasən, biz ordumuzu daha da gücləndirə, onun hazırlığını və müdafiə qabiliyyətini möhkəmləndirə, əhəmiyyətli dərəcədə artıra biləcəyik. Bu günki günü dostlarımıza, partnyorlarımıza – ABŞ-a, NATO üzvü olan dövlətlərə, ordumuzun güclənməsinə dəstək verən hamıya bir daha təşəkkür etmək istəyirəm.

Bu gün Müdafiə Qüvvələri kilsəyə etimad baxımından Gürcüstanda ən nüfuzlu intitutdur. Bu, şübhəsiz ki, bu sizin, hər bir əsgərin xidmətidir. Fədakar xidmətinizə görə bir daha təşəkkür edir, sizə hər yerdə uğurlar və qələbə arzulayıram. Tanrı sizi qorusun!”, – İrakli Ğaribaşvili bəyan etdi.