İrakli Ğaribaşvili - biz mübarizə apardıq, çalışdıq, hakimiyyət və xalq layiqincə status aldıq, biz bir ayaq üzərində deyil möhkəm dayandıq və layiqincə qələbə qazandıq
Biz mübarizə apardıq, çox çalışdıq və birlikdə qalib gəldik, hakimiyyət və xalq Avropa İttifaqına namizəd statusunu layiqincə qazandıq -bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bildirib.
İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, “olduqca çoxlu sınaqlardan keçmişik, bu yolda çoxlu çətinliklərlə üzləşmişik, lakin biz bu yolu ləyaqətlə, qətiyyətlə keçib, bu günə gəlmişik”.
“Sizləri salamlayıram, əziz xalqım, əziz dostlar, qardaşlar və bacılar. İlk öncə gəldiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Namizəd statusunun verilməsi münasibətilə təbrik edirik. Bu gün sizə müraciət etmək mənim üçün böyük şərəfdir. Dostlar, bu həqiqətən tarixi hadisə, bu tarixi qərar və bu tarixi qələbə münasibətilə sizi təbrik edirəm. Bu tarixi qələbə sizə, bizim yenilməz, sarsılmaz, qürurlu və azadlıqsevər gürcü xalqına məxsusdur. Bəli, dostlar, biz birlikdə mübarizə apardıq, çox çalışdıq və qalib gəldik. Biz hakimiyyət və xalq layiqincə Avropa İttifaqına namizəd statusunu qazandıq. Biz bu qələbəyə layiq idik. Biz gürcü xalqı adına, sizin adınıza vətənimiz, xalqımız üçün çalışdıq, mübarizə apardıq. Bu qələbəni birlikdə qazandıq. Bəli, dostlar, biz bir ayaq üzərində durmadıq, diz çökmədik, möhkəm dayandıq və bu qələbəni ləyaqətlə qazandıq. Sizə demək istəyirəm ki, bu yol, təbii ki, asan olmayıb. Biz bu yolda olduqca çoxlu sınaqlardan keçdik, çoxlu çətinliklərlə üzləşdik, lakin biz layiqincə, bir daha təkrarlayıram bu yolu qətiyyətlə keçdik və bu günə gəldik” – Ğaribaşvili bildirib.