İrakli Ğaribaşvili - biz layiqli olaraq xalqın atası adlandırdığımız insanı böyük minnətdarlıq hissi ilə anırıq, Gürcüstan İlia Çavçavadzenin parlaq xatirəsini heç vaxt unutmayacaq
Biz layiqli olaraq xalqın atası adlandırdığımız insanı böyük minnətdarlıq hissi ilə anırıq, Gürcüstan İlia Çavçavadzenin parlaq xatirəsini heç vaxt unutmayacaq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
Hökumət başçısı bir insanın ölkənin gələcəyini qurmaq üçün bu cür inanılmaz miqyasda şəxsi səy göstərməsinə dair bütün dünyada oxşar halın çətin tapıla biləcəyini bildirib.
İrakli Ğaribaşvili İlia Çavçavadzenin mədəniyyətdə, siyasətdə, iqtisadiyyatda, ictimai həyatın bütün sahələrində gördüyü işlərin ölkənin bu gün də izlədiyi inkişaf yolunu təyin etdiyini bildirib.
“Bu gün Gürcüstan tarixinin ən faciəli hadisələrindən birinin – İlia Çavçavadzenin qətlinin 115-ci ildönümüdür.
Bir insanın ölkənin gələcəyini qurmaq üçün bu cür inanılmaz miqyasda şəxsi səy göstərməsinə dair bütün dünyada oxşar hal çətin ki tapıla bilər. İlianın mədəniyyətdə, siyasətdə, iqtisadiyyatda, ictimai həyatın bütün sahələrində gördüyü işlər ölkənin bu gün də izlədiyi inkişaf yolunu təyin edib.
1987-ci ildə Gürcüstanın katolikos-patriarxı II İlia Zati-aliləri tərəfindən bu böyük xidmətlərin tanınması və İlia Çavçavadzenin müqəddəs olaraq elan edilməsi, sonda ölkəmizin müstəqilliyi ilə taclanan milli azadlıq hərəkatına güclü təkan verdi.
Bu gün layiqli olaraq xalqın atası adlandırdığımız insanı böyük minnətdarlıq hissi ilə anırıq. Gürcüstan İlia Çavçavadzenin parlaq xatirəsini heç vaxt unutmayacaq”- deyə baş nazir bildirib.