İrakli Ğaribaşvili - biz heç kimə Gürcüstandan sanksiyalardan yan keçmək üçün istifadə etməyə imkan verməyəcəyik, heç bir fakt qeydə alınmayıb, lakin müxalifət və Ukrayna hökumətindən çoxlu böhtanlar eşidirik
İrakli Ğaribaşvili - biz heç kimə Gürcüstandan sanksiyalardan yan keçmək üçün istifadə etməyə imkan verməyəcəyik, heç bir fakt qeydə alınmayıb, lakin müxalifət və Ukrayna hökumətindən çoxlu böhtanlar eşidirik

 

Milli səviyyədə Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyib və dəfələrcə bildirmişik ki, milli maraqlarımızdan irəli gələrək bunu heç vaxt etməyəcəyik , buna baxmayraq mən bu tribunadan bir daha bildirmək istəyirəm ki, sanksiyaya məruz qalmış fərdlərin və ya şirkətlərin Gürcüstan ərazisində qanunsuz fəaliyyətinə icazə verməyəcəyik-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili interpelyasiya qaydası ilə dinlənildiyi parlamentdə bildirib.

İrakli Ğaribaşvilinin sözlərinə görə, sanksiyaya məruz qalan heç bir şirkət və ya fiziki şəxsə sanksiyalardan yan keçmək üçün Gürcüstandan istifadə etməyə icazə verilməyəcək.

“Biz sanksiyaya məruz qalan heç bir şirkət və ya fərdə, fiziki şəxsə sanksiyalardan yan keçmək üçün Gürcüstandan istifadə etməyə icazə verməyəcəyik. Həm müxalifət, həm də təəssüf ki, Ukrayna hökuməti tərəfindən çoxsaylı əsassız iddialar, böhtanlar eşitdiyimizə baxmayaraq, indiyədək heç bir fakt qeydə alınmayıb. Ümumiyyətlə, demək istərdim ki, qanunvericiliyimiz beynəlxalq hüquq və qaydalara, məsələn, BMT-nin Sanksiya Komitəsinin tənzimləmələrinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə tam uyğundur. Qanunvericiliyimiz, məsələn, çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və təşviqi, hərbi və ikili təyinatlı məhsullara nəzarət və s. sanksiyalardan yayınmağın mümkünsüzlüyünü təmin edir. Bundan əlavə, strateji tərəfdaşlarımızla çox sıx koordinasiyamız var, biz gündəlik olaraq daimi məlumat mübadiləsi aparırıq və bir daha təkrarlamaq istəyirəm ki, hökumətimiz heç bir ölkənin, sanksiya tətbiq edilmiş heç bir şirkətin və ya fərdin Gürcüstanda qanunsuz fəaliyyətinə icazə verməyəcək”-deyə baş nazir bildirib.

İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan Milli Bankı və maliyyə institutları ABŞ, Avropa İttifaqı və Böyük Britaniya tərəfindən tətbiq edilmiş maliyyə siyasətinə tam uyğun fəaliyyət göstərir.

“Ümumiyyətlə, maliyyə sektoru üçün yaranmış əsas problemlərdən biri “VTB Bank” filialının məsələsi idi, problem yüksək peşəkarlıqla qaydasına salındı, Milli Bank və hökumət vətəndaşlarımızın heç bir problem yaşamaması üçün əlindən gələni etdi. Bildiyiniz kimi, bu banka qarşı sanksiya tətbiq edildi və biz dərhal hərəkətə keçdik, hər şeyi elə etdik ki, tərəfdaşımızda bir sual belə qalmadı” – deyə baş nazir qeyd edib.