İrakli Ğaribaşvili - biz qütbləşməni həm azalda, həm də bitirə biləcəyimizi bir-birimizə sübut edə bilərik , bizim tərəfimizdən istək ifadə olunub, radikal müxalifətdən də müvafiq addımlar olmalıdır
Müxalifətdən konstruktiv çıxış edənlərə təşəkkür edirəm. Biz qütbləşməni həm azalda, həm də bitirə biləcəyimizi bir-birimizə sübut edə bilərik. Bu, yalnız bizim iradəmizdən asılıdır, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentdə yekun çıxışında deyib.
O, “Gürcü Arzusu”nun belə bir iradə göstərdiyini və radikal müxalifətdən də buna uyğun addımların atılmalı olduğunu bildirib.
“Hesab edirəm ki, burada aparılan söhbət faydalı oldu. Təəssüf ki, debat konstruktiv şəkildə baş tuta bilmədi. Müxalifətdən konstruktiv çıxış edənlərə təşəkkür edirəm. Düşünürəm ki, biz qütbləşməni həm azalda, həm də bitirə biləcəyimizi bir-birimizə sübut edə bilərik. Bu, yalnız bizim iradəmizdən asılıdır. Bu iradə bizim tərəfimizdən ifadə edilib, təbii ki, radikal müxalifət də müvafiq addım atmalıdır” -deyə baş nazir bildirib.