İrakli Ğaribaşvili - Biz Əfqanistandaki missiyadan fəxrlə, başımız yuxarıda çıxırıq və təhlükəsizliyin qorunması üçün beynəlxalq formatlarda iştirak etməyə davam edəcəyik
İrakli Ğaribaşvili - Biz Əfqanistandaki missiyadan fəxrlə, başımız yuxarıda çıxırıq və təhlükəsizliyin qorunması üçün beynəlxalq formatlarda iştirak etməyə davam edəcəyik

Biz Əfqanistandaki missiyadan fəxrlə, başımız yuxarıda çıxırıq və təhlükəsizliyin qorunması üçün beynəlxalq formatlarda iştirak etməyə davam edəcəyik, – bu bəyanatı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstanın Müdafiyə Qüvvələrinin 30 illik yubileyinə həsr olunan mərasimdə verdi.

Dövlət başçısının dediyinə görə, Əfqanistan missiyasında gürcü əsgərləri gürcü döyüşçü ruhunu göstərdilər və Gürcüstanı etibar ediləcək bir partnyor olaraq, tanıtdılar.

“Avrointerqasiya yolunda əsgərlərimzin rolunu xüsusi ilə qeyd etmək istəyirəm. Əsgərlərimizin Əgqanistandaki layiqli missiyası sentyabr ayında başa çatır. Onlar bütün dünyada ölkəmizin adını etibarlı partnyor olaraq, ucaltdılar. Biz Əfqanistandaki missiyadan fəxrlə, başımız yuxarıda çıxırırq və təhlükəsizliyin qorunması üçün beynəlxalq formatlarda iştirak etməyə davam edəcəyik. Əsgərlərimizə vətənimizi qoruduqları üçün təşəkkür edirəm və müvəffəqiyyətlər arzulayıram. Tanrı bizi qorsun”, – dedi İrakli Ğariaşvili.