İrakli Ğaribaşvili - biz bütün səviyyələrdə Ukraynanı, onun suverenliyini və müstəqilliyini maksimal şəkildə dəstəkləyirik, ümumi arzumuz bu müharibənin tez bir zamanda sonlanmasıdır
İrakli Ğaribaşvili - biz bütün səviyyələrdə Ukraynanı, onun suverenliyini və müstəqilliyini maksimal şəkildə dəstəkləyirik, ümumi arzumuz bu müharibənin tez bir zamanda sonlanmasıdır

 

Biz bütün səviyyələrdə Ukraynanı, onun suverenliyini və müstəqilliyini maksimal şəkildə dəstəkləyirik-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhei ilə birgə keçirilmiş mətbuat konfransında açıqlayıb.

Baş nazir Gürcüstanın 2008-ci ildə analoji müharibədən keçdiyini və o vaxtdan bu çağırışın davam etdiyini açıqlayıb.

“Bu gün dünya olduqca böyük çağırış qarşısındadır, Ukraynada bizim region, Avropa üçün çağırış mövcuddur. Biz Ukraynanı, onun suverenliyini və müstəqilliyini maksimal şəkildə, bütün səviyyələrdə dəstəkləyirik. Bizim ümumi arzumuz bu müharibənin tez bir zamanda sonlanmasıdır. Ölkəmiz 2008-ci ildə oxşar müharibədən fərqli miqyasda keçdi, o vaxtdan bu çağırış ölkəmiz, xalqımız üçün davam edir” – deyə İrakli Ğaribaşvili bildirib.