İrakli Ğaribaşvili – Biz birinci mərhələdə vergiləri artırmaq, reklamı qadağan etmək və baryeri 25 yaşa kimi qaldırmaq barədə düşünürük, ikinci mərhələdə isə bütünlüklə qadağan edəcəyik
Biz birinci mərhələdə vergiləri artırmaq, reklamı qadağan etmək və baryeri 25 yaşa kimi qaldırmaq barədə düşünürük, ikinci mərhələdə isə bütünlüklə qadağan edəcəyik, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət iclasında bildirib.
“Əhalini çox narahat edən məsələ qumar biznesi və onlayn kazinolardır. Bu onlayn kazinolar vasitəsilə ölkədən bir milyard beş yüz milyon axır. Vətəndaşlarımız, gənclərimiz hər gün onlayn kazino oynayıb pul qazanırlar. Bu məbləğ 500 milyon lari təşkil edir. Mən bu barədə iqtisadi komanda ilə danışmışam və maliyyə nazirinin artıq bir baxışı var.
Düşünürük ki, onlayn kazino sahibləri üçün vergiləri artırmaq məqsədi daşıyan qanunvericilik təşəbbüsü təqdim edək. Onların böyük əksəriyyəti xarici şirkətlərdir və təəssüf ki, vətəndaşlarımızın pulları xaricə axır – 1,5 milyard lari. Bunun böyük bir hissəsi – 99 faizi kasıblar, işləməyənlərdir.
Birinci mərhələdə biz hesab edirik ki, vergiləri artıraq, reklamı qadağan edək və yaş baryerini 25-ə qaldıraq. İkinci mərhələdə onlayn kazinolar tamamilə qadağan edilməlidir. Mən bu barədə açıq danışmağa hazıram və ümid edirəm ki, bu istiqamətdə ictimai dəstək olacaq. Biz parlamentlə fəal işləyəcəyik və birlikdə optimal, ağlabatan qərar qəbul edəcəyik”, – İrakli Ğaribaşvili bildirib.