İrakli Ğaribaşvili - biz azsaylı, lakin keçmişi ilə fəxr edən, azadlıqsevər, yenilməz gürcü xalqını təmsil edirik
Biz azsaylı, lakin keçmişi ilə fəxr edən, azadlıqsevər, yenilməz gürcü xalqını təmsil edirik – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “ITB Berlin 2023” turizm sərgisinin təntənəli açılış tədbirində açıqlayıb.
Hökumət başçısı polifonik nəğmənin Gürcüstanın vizit kartı və eyni zamanda bəşəriyyətin mədəni tapıntısı olduğunu bildirib.
“Eləcə də eramızdan əvvəl III əsrdə I Parnavaz tərəfindən son siması verilmiş, lakin bəzi məlumatlara görə, eramızdan əvvəl 7-ci əsrdən mövcud olmuş gürcü yazısı olduqca qədim- seçilən və unikallardan biridir; Qədim yazı nümunələrimiz həm Gürcüstanda, həm də onun hüdudlarından kənarda tapılıb. Əhəmiyyətli dəyişikliklər nəticəsində gürcü əlifbası üç növ yazıya çevrilib.
Biz azsaylı, lakin keçmişi ilə fəxr edən, azadlıqsevər, yenilməz gürcü xalqını təmsil edirik.
Polifonik nəğmə ölkəmizin vizit kartı və eyni zamanda bəşəriyyətin mədəni tapıntısıdır; Gürcü polifoniyası insanın ən böyük fəzilətlərini təcəssüm etdirir: hər bir fərdin azadlığı və unikallığı və eyni zamanda, başqalarına hörmət, həmrəylik və harmonik birgəyaşayış arzusu.
Yəqin ki, gürcü ruhu minilliklərdən qaynaqlanan rəqslərimizdə ən çox nəzərəçarpandır. Hər guşənin özünəməxsus əmək, mübarizə və ya məişət xoreoqrafiyası var və onların hamısı həyat və azadlıq eşqi ilə aşılanıb.
Gürcü süfrəsi nəğmə, rəqs , ünsiyyət ənənələri ilə bağlıdır – gündəlik mədəniyyətimizin və sosial mövcudluğumuzun ayrılmaz hissəsidir. Gürcü süfrəsi bütün dünyada unikaldır və biz bunun demokratik cəmiyyətin ilk əlaməti olması ilə bağlı zarafat edirik, çünki o, bərabər münasibətlərin, ictimai müzakirələrin, ənənələrin davam etdirilməsinin və çox vaxt yeni ənənələrin doğulduğu yerdir. Bunu Qərbi Gürcüstanda tapılan arxeoloji tapıntılar təsdiqləyir”- deyə Gürcüstanın Baş naziri açıqlayıb.