İrakli Ğaribaşvili - Biz Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də münaqişənin sülh yolu ilə həlli prosesinə verdiyi dəstəyi yüksək qiymətləndiririk
İrakli Ğaribaşvili - Biz Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də münaqişənin sülh yolu ilə həlli prosesinə verdiyi dəstəyi yüksək qiymətləndiririk

Baş nazir İrakli, Ğaribaşvili Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti, Cozef Borrellə görüşünə “tvitter” sosial şəbəkəsində əks səda verir.

Hökumət başçısının dediyinə görə, Cozef Borel ilə Gürcüstanın Avropa İttifaqına daxil olma perspektivini, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlığı müzakirə etdi.

“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti, Cozef Borrellə yaxşı görüşüm var idi. Gürcüstanın Avropa İttifaqına daxil olma perspektivini, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlığı müzakirə etdik. Biz Avropa İttifaqının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də münaqişənin sülh yolu ilə həlli prosesinə verdiyi dəstəyi yüksək qiymətləndiririk”, – baş nazir yazır.