İrakli Ğaribaşvili Birləşmiş Krallığın səfirliyində açılan xatirə dəftərinə başsağlığı yazıb
İrakli Ğaribaşvili Birləşmiş Krallığın səfirliyində açılan xatirə dəftərinə başsağlığı yazıb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Birləşmiş Krallığın səfirliyində olub. Hökumət başçısı Kraliça II Elizabetin vəfatı ilə əlaqədar açılan xatirə dəftərinə başsağlığı yazıb, Birləşmiş Krallığın səfiri Mark Kleytona başsağlığı verib.

“Gürcüstan hökuməti və şəxsən öz adımdan kraliçanın vəfatı ilə əlaqədar kral ailəsinə və Birləşmiş Krallığın xalqına dərin hüznlə başsağlığı vermək istərdim. Biz Ülyahəzrət II Elizabetin Birlik və dünyaya verdiyi böyük töhfəyə hörmətlə yanaşırıq. O, millətin, ölkənin xidmətində olmağın təcəssümü olan şanlı nümunələri buraxaraq bir dövr və irs yaratdı. Bu, humanizmin ən ali idealları ilə xidmətdir!” -deyə baş nazirin başsağlığı məktubunda deyilir.