İrakli Ğaribaşvili Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibinin daimi müavini ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibinin daimi müavini Ser Filip Barton ilə görüşüb.
Hökumət Administrasiyasında keçirilən görüşdə Gürcüstan və Birləşmiş Krallıq arasında mövcud strateji tərəfdaşlıq və siyasi əlaqələrin inkişafının müsbət dinamikası müzakirə edilib.
Baş nazirin qeyd etdiyi kimi, Gürcüstan Birləşmiş Krallığın Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və tanınmama siyasətinə verdiyi qəti dəstəyi yüksək qiymətləndirir. İrakli Ğaribaşvili Birləşmiş Krallığın dövlət institutlarının gücləndirilməsi və ölkənin demokratik inkişafı istiqamətində mühüm töhfəsini vurğulayıb. Görüşdə ölkələr arasında strateji tərəfdaşlıq əməkdaşlığının bütün spektrini özündə ehtiva edən və əməkdaşlıq sazişini gücləndirəcək Gürcüstan və Birləşmiş Krallıq arasında mövcud “Uordrop Strateji Dialoqu” müzakirə edilib.
Görüşdə Ukraynada davam edən hərbi əməliyyatlar və müharibənin regionda təhlükəsizlik mühitinə təsirinə toxunulub.
Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mark Kleyton, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.
Baş nazirin mətbuat xidməti məlumat yayır.