İrakli Ğaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşüb
İrakli Ğaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nahiani ilə görüşüb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib. Ölkələr arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, bunu son illərdə həyata keçirilən yüksək səviyyəli səfərlər sübut edir. Mövcud səmərəli əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları bildirilib.

Qeyd olunub ki, Gürcüstanla Birləşmiş Ərəb Əmirlikləri arasında azad ticarət rejiminin qurulması üzrə danışıqlar aktiv rejimdə gedir və Gürcüstanda bir çox layihələr ərəb investisiyaları hesabına maliyyələşdirilir və onların sayının artması alqışlanır.

İrakli Ğaribaşvili qeyd edib ki, azad ticarət zonasının yaradılması iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin təşviqi və inkişafı üçün əlverişli mühit yaradacaq. Turizm, energetika, nəqliyyat sahələrində böyük potensialdan tam istifadənin vacibliyi vurğulanıb. Qeyd edilib ki, 2022-ci ilin doqquz ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 84 faiz artaraq 190 milyon dollar təşkil edib.