İrakli Ğaribaşvili - Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşdə ölkələrimiz arasında ticarət və investisiya axınının gücləndirilməsi məsələlərini müzakirə etdik
İrakli Ğaribaşvili - Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşdə ölkələrimiz arasında ticarət və investisiya axınının gücləndirilməsi məsələlərini müzakirə etdik

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşünə münasibət bildirib.

Hökumət başçısı Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşdə iki ölkə arasında ticarət və investisiya axınının gücləndirilməsi məsələlərini müzakirə etdiklərini yazır.

“Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə bugünkü görüş xoş idi. Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyani ilə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında davam edən ikitərəfli və gələcək əməkdaşlıq, eləcə də xalqlarımızın mənafeyi naminə ticarət və investisiya axınının gücləndirilməsi məsələlərini müzakirə etdim” – deyə İrakli Ğaribaşvili qeyd edir.