İrakli Ğaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfiri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfiri Əhməd İbrahim Əhməd Taher Əl Nuaimi ilə görüşüb.
Tanışlıq məqsədli görüşdə iki ölkə arasındakı münasibətlərə və gələcək əməkdaşlıq perspektivlərinə toxunulub. Hökumət başçısı diplomatı Gürcüstana səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gürcüstanın Baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə səfərinin ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində əlavə addım olduğu vurğulanıb. Baş nazir Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Birləşmiş Ərəb Əmirlikləri hökuməti tərəfindən göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə səfirə minnətdarlığını bildirib.
Ölkələr arasında dostluq və sıx tərəfdaşlıq əlaqələri vurğulanıb. Müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıq ifadə olunub.
Bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayır.