İrakli Ğaribaşvili - birinci kurs tələbələrini, vahid milli imtahanlardan uğurla keçən hər kəsi təbrik edirik, savadlı gənclər ölkənin tərəqqisi və qüdrətli olması üçün zəruri şərtdir
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili birinci kurs tələbələrini vahid milli imtahanları vermələri münasibətilə təbrik edir və onlara uğurlar arzulayır.
Baş nazirin sözlərinə görə, hökumət tələbələrin inkişafına mümkün qədər dəstək olmaq üçün hər şeyi edəcək.
“Gənc dostlarım, əziz birinci kurs tələbələri, vahid milli imtahanlardan uğurla keçən hər kəsi ürəkdən təbrik edirəm. Bu böyük nailiyyət zəhmətinizin, təhsilinizin və qətiyyətinizin layiqli nəticəsidir. Eyni zamanda, həyatın tamamilə yeni mərhələsinin başlanğıcıdır. İnanıram ki, siz öz gələcəyiniz və ölkəniz qarşısında böyük məsuliyyətlə biliklərə yiyələnmək, şəxsi inkişaf və peşəkar kamilləşmə prosesinə rəhbərlik edəcəksiniz. Təhsilli gənclik ölkənin tərəqqisi və qüdrətli olması, sabahının gözəl olması üçün zəruri şərtdir. Buna görə də, təhsil hökumətimiz üçün və şəxsən mənim üçün ən vacib prioritetdir və biz sizin mümkün qədər inkişaf etməyiniz üçün hər şeyi edəcəyik. Sizi bir daha təbrik edir, uğurlu və maraqlı tələbəlik həyatı arzulayır, məqsədlərinizə çatmağınızı arzu edirəm” – İrakli Ğaribaşvili bildirdi.
Bu gün Milli İmtahanlar Mərkəzi 2023-cü ilin vahid milli imtahanların yekun nəticələrini dərc edib.