İrakli Ğaribaşvili - bir çox insanda ola bilsin yanğınların ehtiyatsızlıqdan baş verməsi ilə bağlı təəssürat yarandı, təxribat variantı da var, heç nə istisna edilmir, ölkədə fəaliyyət göstərən destruktiv qüvvələrin təxribat meyllərini bilirik
Bir çox insanda yanğınların ola bilsin ehtiyatsızlıqdan, istidən baş verməsi ilə bağlı təəssürat yarandı, təxribat olması ilə bağlı variant da var, heç nə istisna edilmir- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında açıqlayıb.
O, istintaqın bütün istiqamətlərdə və bütün versiyalar üzrə işləməli olduğunu bildirib.
“Son 10 gündür ki, yanğınla aktiv mübarizə aparırıq. Praktiki olaraq hamı bölgədə idi. Onu da qeyd edim ki, eyni vaxtda bir neçə bölgədə yanğınların olması olduqca şübhəlidir. Qomelaurinin qurumu bu böhranı çox effektiv idarə etdi. Bildiyiniz üzrə, mənim qərarımla müdafiə qüvvələri qoşulmuşdu. Ordumuza, polisimizə, qürur mənbəyimiz olan xilasetmə xidmətimizə, meşə təsərrüfatı agentliyinə, infrastruktur nazirliyinə bu çox ağır çağırışlarla dolu prosesdə iştirak edənlərə təşəkkür etmək istəyirəm.
Vətəndaşlarımız yanğının əvvəlcə Borcomidə yayıldığını yaxşı bilirlər, sonra müxtəlif kənd və rayonlara yayıldı, lakin demək olar ki, hər yerdə lokallaşdırılıb, söndürülüb. Fürsətdən istifadə edərək, dost dövlətə Türkiyə Respublikasına, şəxsən Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Sizə demək istəyirəm ki, ona bizim yardım xahişimiz çatdırılan kimi dərhal əmr verdi və bir saat ərzində üç təyyarə göndərdi. Biz bunu çox yüksək qiymətləndiririk və biz gürcülər bu yardımı unutmayacağıq. Onlara bir daha təşəkkür edirəm. Xüsusilə pilotlara, o cümlədən qürur mənbəyimiz olan xilasedicilərimizə, polislərə, orduya və hər kəsə təşəkkür etmək istəyirəm.
Bir çox insanda yanğınların ola bilsin ehtiyatsızlıqdan, istidən baş verməsi ilə bağlı təəssürat yarandı, təxribat olması ilə bağlı variant da var, heç nə istisna edilmir. İstintaq bütün istiqamətlərdə işləməlidir. Biz heç nəyi istisna edə bilmərik, çünki biz ölkə daxilində fəaliyyət göstərən destruktiv qüvvələrin təbiətini, onların təxribatçı meyllərini bildiyimiz üçün heç nəyi istisna etmək olmaz. Ona görə də istintaq bütün versiyalara hərtərəfli cavab verməlidir və bilirəm ki, belə də olacaq.
Vətəndaşları belə bir vəziyyətdə daha diqqətli olmağa çağırmaq istərdim. Artıq bir neçə həftədir ki, ölkəyə yağış yağmır və vəziyyət çox ağırdır. Bununla belə, qeyd etmək istərdim ki, bütün Avropada, Amerikada, hər yerdə yanğınlar var və bu, böyük problemdir. Ona görə də biz bu kimi məsələlərə daha məsuliyyətlə yanaşmalıyıq” – deyə İrakli Ğaribaşvili bildirib.