İrakli Ğaribaşvili - bir çox idxalçı nisbətən ucuz yanacaq idxal etməyə başlayıb, lakin bu, hələlik qiymətlərdə öz əksini tapmayıb
İrakli Ğaribaşvili - bir çox idxalçı nisbətən ucuz yanacaq idxal etməyə başlayıb, lakin bu, hələlik qiymətlərdə öz əksini tapmayıb

 

Bizdə olan məlumata görə, bir çox idxalçı nisbətən ucuz yanacaq idxal etməyə başlayıb, lakin bu, hələlik qiymətlərdə öz əksini tapmayıb – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Rəqabət Agentliyi mayın 15-dək aralıq hesabat təqdim edəcək və bundan sonra hökumətin müvafiq reaksiya vermək imkanı olacaq.

“Ötən cümə günü iqtisadi komandaya göstəriş verdim, Rəqabət Agentliyi ilə görüş keçirdik və yanacağın qiymətləri ilə bağlı müzakirə apardıq. Bizdə olan məlumata görə, bir çox idxalçı nisbətən ucuz yanacaq idxal etməyə başlayıb, lakin bu, hələlik qiymətlərdə öz əksini tapmayıb. Bu səbəbdən biz Rəqabət Agentliyinə müraciət etdik ki, yanacağın qiymətlərini ətraflı öyrənərək, mayın 15-dək aralıq hesabat təqdim etsin, bundan sonra təbii ki, hökumətin buna müaviq reaksiya vermək imkanı olacaq.

Əvvəlcədən heç nəyi təsdiq etmirik, bəzi məlumatlar da var, məsələn, qiymətlərlə bağlı hər hansı danışqlar aparılır mı və s. lakin bütün bunlara yol verməmək üçün monitorinq hesabatı tərtib edilməlidir və bundan sonra müvafiq nəticələr çıxaracağıq” – deyə baş nazir bildirib.