İrakli Ğaribaşvili - bir daha Arçil Tatunaşvilinin parlaq xatirəsini ehtiramla yad edəcəyəm, iqtidar onun ölümünə görə məsuliyyət daşıyan bütün şəxslərin qanun qarşısında cavab verməsi üçün hər şeyi edir
Cəmiyyətimizlə birlikdə Arçil Tatunaşvilinin parlaq xatirəsini bir daha ehtiramla yad edəcəyəm, iqtidar onun ölümünə görə məsuliyyət daşıyan bütün şəxslərin qanun qarşısında cavab verməsi üçün hər şeyi edir – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
Baş nazir Arçil Tatunaşvilinin gələcək nəsillər üçün əzmkarlıq və vətənpərvərlik nümunəsi qoyduğunu bildirib.
“Bu gün müasir Gürcüstanın qəhrəmanı Arçil Tatunaşvilinin ölümündən 5 il ötür. Arçil vətənə qəhrəmancasına fədakarlığı ilə gələcək nəsillərə gürcü insanının ləyaqətinin, əzmkarlığının, vətənpərvərliyinin nümunəsini qoyub. Cəmiyyətimizlə birlikdə onun parlaq xatirəsini bir daha ehtiramla yad edəcəyəm. İqtidar Arçil Tatunaşvilinin ölümünə görə məsuliyyət daşıyan bütün şəxslərin qanun qarşısında cavab verməsi üçün hər şeyi edir”-deyə Baş nazirin bəyanatında deyilir.