İrakli Ğaribaşvili Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Şöbəsinin direktoru ilə görüşüb
İrakli Ğaribaşvili Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Şöbəsinin direktoru ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Şöbəsinin direktoru Cihad Azurla görüşüb.

Görüşdə Gürcüstan və BVF arasındakı sıx əməkdaşlığa diqqət yönəldilib. Beynəlxalq Valyuta Fondu tərəfindən xüsusilə də regiondakı vəziyyət fonunda təsdiqlənmiş yeni proqramın əhəmiyyəti vurğulanıb.

Həmçinin, ölkədəki mövcud iqtisadi vəziyyət və makroiqtisadi parametrlər müzakirə edilib. Gürcüstanın müsbət dinamikanı qoruyub saxladığı və yanvar-may aylarında orta iqtisadi artımın 11,2% təşkil etdiyi qeyd olunub.

İrakli Ğaribaşvili Gürcüstan hökuməti üçün prioritet olan konkret sahələrə diqqət çəkib. O cümlədən enerji müstəqilliyinin , infrastrukturun gücləndirilməsinin, ərzaq təhlükəsizliyinin təmin edilməsinin və struktur islahatlarının əhəmiyyəti vurğulanıb.

Baş nazir dəstəyə və Beynəlxalq Valyuta Fondunun Gürcüstan üçün həyata keçirdiyi işlərə görə Cihad Azura minnətdarlığını bildirib.

Hökumət Administrasiyasında keçirilən görüşdə BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Şöbəsinin direktorunun köməkçisi Fransisko Parodi və BVF-nin Gürcüstandakı daimi nümayəndəsi Selim Çakır iştirak ediblər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.