İrakli Ğaribaşvili -Beş onilliyə yaxındır ki, İkinci İlia bizim mənəvi həyatımızın, vətəndaş birliyinin qayğısına qalır, xristian dəyərlərinin qaytarılması onun adı ilə bağlıdır
İrakli Ğaribaşvili -Beş onilliyə yaxındır ki, İkinci İlia bizim mənəvi həyatımızın, vətəndaş birliyinin qayğısına qalır, xristian dəyərlərinin qaytarılması onun adı ilə bağlıdır

 
Beş onilliyə yaxındır ki, Zati müqəddəsləri bizim mənəvi həyatımızın, vətəndaş birliyinin qayğısına qalır, xristian dəyərlərinin qaytarılması onun adı ilə bağlıdır – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazır və Gürcüstanın katolikos-patriarxı İkinci İlianı taxta çıxması münasibətilə təbrik edir.

Baş nazirin yazdığı kimi, xristian dəyərlərinin qaytarılması İkinci İlianın adı ilə bağlıdır.

“Mən Zati müqəddəsləri, Gürcüstanın katolikos-patriarxı II İlianı taxta çıxmasının 46-cı ildönümü münasibətilə böyük hörmət və sevgi ilə təbrik edirəm. Beş onilliyə yaxındır ki, Zati müqəddəsləri müdriklik və məhəbbətlə mənəvi həyatımızın, vətəndaş birliyimizin, ölkənin tərəqqisinin qayğısına qalır, inam, bir-birimizə sevgi, vətən və xalqa xidmətin ümumbəşəri dəyərlərini öz nümunəsi ilə yayır və gücləndirir. Onun adı Gürcüstanda xristian dəyərlərinin qaytarılması ilə; Ana Kilsənin avtokefaliyasının beynəlxalq səviyyədə tanınması ilə; Kilsə və monastır həyatının, mənəvi təhsilin dirçəlişi və bir çox başqa yaxşılıqlar ilə bağlıdır. Bu böyük töhfə çoxmillətli ölkəmizin bütün vətəndaşları üçün eyni dərəcədə vacibdir və qiymətlidir. Ailəmlə birlikdə Zati müqəddəsləri ilə görüşmək və bu möhtəşəm gün münasibətilə onu şəxsən təbrik etməkdən dolayı şadam. Patriarxımıza uzun ömür və dözüm arzulayıram”- İrakli Ğaribaşvili yazır.