İrakli Ğaribaşvili Berlində "ITB Berlin 2023" sərgisini açıb
İrakli Ğaribaşvili Berlində "ITB Berlin 2023" sərgisini açıb

 

“ITB Berlin 2023”- Berlində dünyanın ən böyük turizm sərgisinin rəsmi açılışını Gürcüstanın stendində Baş nazir İrakli Ğaribaşvili edib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, sərginin açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili, Berlin meri Frantsiska Qifai, Almaniya Turizm Assosiasiyasının Prezidenti ( DVR) Norbert Feibiq, Dünya Səyahət və Turizm Şurasının (WTTC) Prezidenti Culia Simpson, “Messe Berlin”in direktoru Dirk Hoffmann, Federal Hökumətin Dəniz İqtisadiyyatı və Turizm Məsələləri üzrə koordinatoru, Bundestaqın üzvü Ditir İaneçei iştirak ediblər.

Açılış tədbirindən sonra İrakli Ğaribaşvili qonaqlarla birlikdə Gürcüstan pavilyonuna və sərgi sahələrinə baxış keçirib.

Baş nazir Almaniya stendinə də baş çəkib, onların nümayiş etdirdiyi yeniliklərlə tanış olub.

Berlin turizm sərgisində gürcü stendi 1000 kvadratmetr sahədə yerləşir və burada 80 gürcü şirkəti təmsil olunur.

Sərgidə Gürcüstanın Milli Turizm Administrasiyası ilə birlikdə, Acaranın Turizm və Kurortlar Departamenti, Tbilisi Meriyası, turizm assosiasiyaları, təyinat yerinin idarə edilməsi təşkilatları və Hava Limanları Assosiasiyası iştirak edir.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.