İrakli Ğaribaşvili Benyamin Netanyahuya - gələn il biz azad ticarət sazişi üzrə danışıqlara başlayacağıq və iqtisadi, müdafiə və təhlükəsizlik əlaqələrimiz möhkəmlənməkdə davam edir
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşünə münasibət bildirib.
Hökumət başçısının sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər müzakirə olunub.
“İsrailə səfərim zamanı baş nazir Benyamin Netanyahu ilə görüşməyimə şadam. Görüş zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələləri müzakirə etdik. Gələn il biz azad ticarət sazişi üzrə danışıqlara başlayacağıq və bu müddət ərzində iqtisadi, müdafiə və təhlükəsizlik əlaqələrimiz möhkəmlənməkdə davam edəcək. Mən İsrailin Gürcüstanın suverenliyi və ərazi bütövlüyü məsələlərində göstərdiyi dəstəyə görə minnətdaram”, – İrakli Ğaribaşvili bildirib.