İrakli Ğaribaşvili Belçika Nümayəndələr Palatasının Prezidenti ilə görüşüb
İrakli Ğaribaşvili Belçika Nümayəndələr Palatasının Prezidenti ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Brüsselə səfəri çərçivəsində Belçika Krallığının Nümayəndələr Palatasının Prezidenti Elian Tillier ilə görüşüb.

Gürcüstan hökumətinin məlumatına əsasən, tərəflər Gürcüstan və Belçika Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib və parlamentlərarası əlaqələrin gücləndirilməsi imkanlarına diqqət yetiriblər.

“Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatda sıx tərəfdaşlıq münasibətləri müsbət qiymətləndirilib, ticarət-iqtisadiyyat, investisiyalar, turizm, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri vurğulanıb.

Baş nazir Belçika Krallığının Nümayəndələr Palatasının Prezidenti ilə görüşündə Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi və Avropa Komissiyasının 12 prioritetinin böyük hissəsinin həyata keçirilməsi barədə ətraflı danışıb. İrakli Ğaribaşvili Gürcüstanın Avropa perspektivinin tanınması ilə bağlı tarixi qərara diqqət çəkib və ilin sonunda ölkəyə namizəd ölkə statusunun verilməsinin vacibliyini vurğulayıb.

Baş nazir qeyd edib ki, Gürcüstan bu il ilk dəfə olaraq “Europalia” kimi yüksək səviyyəli beynəlxalq mədəniyyət festivalında ev sahibi ölkə kimi təmsil olunur. İrakli Ğaribaşvilinin sözlərinə əsasən, festival tam olaraq Gürcüstana həsr olunub və bu, ölkənin bütövlükdə Avropada məlumatlılığını artıracaq və Gürcüstanın Avropa mədəniyyətinin təbliğinə əhəmiyyətli təkan verəcək.

İrakli Ğaribaşvili fəxri qonaqlar kitabına xatirə yazısı yazıb.