Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Belçika Krallığına yollanıb.
Hökumət başçısı iyunun 14-də Brüsseldə yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.
Həmçinin, baş nazirin beynəlxalq mədəniyyət festivalı – “Europalia” və Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş ziyafətdə çıxışı da planlaşdırılır.
Gürcüstan bu il ilk dəfə “Europalia” beynəlxalq mədəniyyət festivalında qonaq ölkə statusu ilə iştirak edir.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.