İrakli Ğaribaşvili - baş nazirin yalanın bir hissəsi olduğunu və siyasətdən getmiş şəxs tərəfindən idarə olunduğunu iddia edərkən bu təkcə məni deyil, həm də dövləti təhqir etmiş olur
Baş nazirin yalanın bir hissəsi olduğunu və əslində siyasətdən getmiş şəxs tərəfindən idarə olunduğunu iddia edərkən bu təkcə məni deyil, həm də dövləti təhqir etmiş olur-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
Onun sözlərinə görə, siyasi opponentlər tərəfindən de-oliqarxizasiya haqqında söhbət onun üçün xüsusilə təhqiramizdir.
İrakli Ğaribaşvili Bidzina İvanişvilinin siyasətdən getdiyi zaman arxasında qoyduğu -vətənə sevgi və qanuna hörmət kimi oyun qaydalarının oliqarxik idarəçilik ilə bağlı saxta ittihamlarla bir araya sığmadığını bildirir.
“Daxili və ya xarici siyasi opponentlərimiz de-oliqarxizasiyadan danışanda, təbii ki, bu, mənim üçün xüsusilə təhqiramizdir. Konstitusiya nəzəriyyəsi və praktikasına əsasən, parlament respublikasında ölkənin siyasi lideri baş nazirdir və o, xalq qarşısında öz funksiyasını hər hansı həddindən artıq təsirdən azad şəkildə yerinə yetirmək üçün məsuliyyət daşıyır. Baş nazirin yalanın bir hissəsi olduğunu və siyasətdən getmiş şəxs tərəfindən idarə olunduğunu iddia edərkən bu təkcə məni deyil, həm də dövləti təhqir etmiş olur.
Təbii ki, bizim siyasi komandamızın Bidzina İvanişviliyə xüsusi münasibəti var. Bunun səbəbi təkcə Bidzina İvanişvilinin siyasi komandamızın yaradıcısı olması deyil. 2011-ci ildə özünü ölkə üçün fəda edərək Gürcüstana demokratik keçid gətirdi və siyasətdən gedərkən isə dövləti idarə etmək üçün bizə doğru dəyərlər və oyun qaydaları qoyub getdi. Bu dəyərlər və oyun qaydaları vətənə sevgi və qanuna hörmətdir. Bununla belə, bu dəyərlərə və oyun qaydalarına komandanın keçmiş liderindən bizə qalmış miras olaraq əməl etmirik. Onlar bizim bütün siyasi komandamız üçün həyati əhəmiyyətli və üzvi xarakter daşıyır.
Siyasi opponentlərin bir tərəfdən Bidzina İvanişviliyə, digər tərəfdən isə hakimiyyətə qarşı irəli sürdükləri saxta oliqarxik idarəçilik ittihamı Bidzina İvanişvilinin qoyduğu bu oyunun qaydaları ilə tamamilə uyğunsuzdur. İctimaiyyətə xatırlatmaq istərdim ki, müdafiə, xarici işlər, ədliyyə, maliyyə və səhiyyə nazirlərinin əsas dövlət vəzifələrini bu gün Bidzina İvanişvilinin heç görüşmədiyi, heç tanımadığı insanlar tutur. Bidzina İvanişvili parlament komandasının liderlərinin böyük hissəsi ilə, o cümlədən parlamentin sədri və bir neçə əsas komitənin rəhbəri ilə yalnız parlament seçkiləri öncəsi onların təqdimatı günü görüşüb. Belə bir vaxtda Bidzina İvanişvilinin hökuməti və parlamenti idarə etməsi və ona nəzarət etməsi haqqında söz-söhbət tamamilə yalan və cəfəngiyyatdır.
Buradaca xatırlatmaq istərdim ki, komandadan ayrıldıqdan sonra da mənim sələflərim Qiorqi Qaxaria və Qiorqi Kvirikaşvili Bidzina İvanişvilinin baş nazirin işlərinə müdaxilə etməsini inkar edirdilər. Belə şəraitdə obyektiv müşahidəçidə yalnız Bidzina İvanişvilinin hər hansı konkret əsas qərarların qəbulunda iştirak edə biləcəyinə dair nəzəri şübhə ola bilər . Bugünkü vəziyyətdə yalnız iki belə əsas qərar ola bilər: Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək və ölkəni müharibəyə cəlb etməmək”-deyə İrakli Ğaribaşvili qeyd edir.