İrakli Ğaribaşvili baş nazirin xarici investisiyalar üzrə xüsusi müşaviri, Vazil Hudak ilə görüşdü
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili baş nazirin xarici investisiyalar üzrə xüsusi müşaviri, Vazil Hudak ilə görüşdü, – bu barədə hökumətin mətbuat xidməti məlumat yayır.
İrakli Ğaribaşvili xüsusi müşaviri ilə görüşdə iqtisadi inkişaf üçün xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğuladı.
“Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan hökumətinin apardığı düzgün və məntiqli siyasət nəticəsində iqtisadiyyatın bərpası istiqamətində əldə edilmiş irəliləyişlər, misilsiz yüksək iqtisadi artım müzakirə olundu. Ölkədə mövcud iqtisadi tendensiyalar, həmçinin cari və planlaşdırılan investisiya layihələri müzakirə edildi. Qeyd olundu ki, dünya resessiya fonunda Gürcüstanın görünməmiş yüksək iqtisadi artım tempi var və bu müsbət göstəricilərin qorunub saxlanması hökumətin iqtisadi komandasının prioritetidir. Baş nazir xüsusi müşaviri ilə görüşdə iqtisadi inkişaf üçün xarici investisiyaların cəlb edilməsinin vacibliyini vurğuladı və qeyd etdi ki, daha artıq investisiya iqtisadiyyatın daha sürətlə inkişafına imkanlar yaradacaq, bu da Gürcüstan vətəndaşlarına daha artıq gəlir gətirəcək”, – yayılan məlumatda deyilir.