İrakli Ğaribaşvili baş nazir vəzifəsindən istefa verdi.
Bu barədə Ğaribaşvili bugünkü brifinqdə açıqlayıb.
Xatırladaq ki, İrakli Ğaribaşvili ilk dəfə 2013-2015-ci illərdə baş nazir postunu tutub. 2015-ci ilin dekabrın 30-da istefa verib və 2019-cu ildə müdafiə naziri kimi yenidən hökumətə qayıdıb. İki il sonra isə, 2021-ci ilin fevralında Gürcüstan parlamenti onu baş nazir postuna təsdiqləyib.